Partners & Business Baku 2019
2019-cu il 15 mart tarixində Caspian Business Hoteldə baş tutan “Partners & Business” sərgi-konfransı yerli sahibkarlığın inkişafına yönəlmiş mühüm tədbirlərdən biri oldu. Fərqli sahələri təmsil edən 100-dən çox yerli şirkət öz məhsul və xidmətlərini təqdim etdi. Tədbir çərçivəsində B2B görüşlər, canlı musiqi və media çəkilişləri keçirildi. Stand Pro bu tədbirdə iştirak edən şirkətlərdən bir çoxunun sərgi stendlərinin hazırlanmasını təmin etməklə, sərginin texniki və vizual baxımdan peşəkar səviyyədə keçirilməsinə töhfə verdi.



| Məkan | Ümumi Sahə | Qurulan Stendlərin Sayı |
|---|---|---|
| Caspian Business Hotel | 4000 m² | 150 Stend |
Partners & Business Baku 2020
2023-cü il 20 fevral tarixində Bakı İdman Sarayında “Partners and Business” sərgisi keçirildi. KOBİA, ASK, Kapital Bank və Marsol MMC-nin təşkilatçılığı ilə keçirilən tədbirdə sənaye, qida, inşaat, İKT, logistika və digər sahələri təmsil edən 150-yə yaxın yerli şirkət iştirak etdi.Sərginin məqsədi – yerli məhsul və xidmətlərin tanıdılması, yeni əməkdaşlıqların qurulması və şirkətlər arasında tərəfdaşlıq imkanlarının genişləndirilməsi idi.







Stand Pro bu tədbirdə iştirak edən bir çox şirkətin sərgi stendlərinin dizayn və qurulmasında iştirak edərək, sərginin vizual təqdimatına dəyər qatdı
| Məkan | Ümumi Sahə | Qurulan Stendlərin Sayı |
|---|---|---|
| Bakı İdman Sarayı | 1500 m² | 120 |
Partners & Business Baku 2022
16–18 iyun tarixlərində “Baku Crystal Hall”da keçirilən “Partners & Business Baku 2022” sərgisi yerli şirkətlərin tanıdılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm hadisə oldu.KOBİA, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlar Konfederasiyası və “Marsol” MMC-nin təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə baş tutan sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, tikinti, logistika və tekstil kimi sahələrdən 200-ə yaxın yerli şirkət iştirak edib.



| Məkan | Ümumi Sahə | Qurulan Stendlərin Sayı |
|---|---|---|
| Baku Crystal Hall | 4000 m² | 160 |
Stand Pro Olaraq bu mötəbər tədbirin standlarının 90% dən çoxunu qurmu və texniki nəzarəti üstlənmişik.
Partners & Business Baku 2023
8–10 iyun tarixlərində “Baku Crystal Hall”da ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçirilib.Sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə təşkil olunub. Tədbirdə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkət iştirak edib. Üç gün ərzində sərgini 26 min nəfər ziyarət edib.





| Məkan | Ümumi Sahə | Qurulan Stendlərin Sayı |
|---|---|---|
| Baku Crystal Hall | 4000 m² | 160 |
1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi 2023
7–9 dekabr tarixlərində baş tutan “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” yerli istehsalın və texnoloji yeniliklərin nümayişi baxımından əhəmiyyətli platforma oldu. KOBİA və Marsol Group-un təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə 100-ə yaxın yerli şirkət 1000-dən çox məhsul çeşidini ziyarətçilərə təqdim etdi.




| Məkan | Ümumi Sahə | Quralan Stendlərin Sayı |
|---|---|---|
| Bakı İdman Sarayı | 1200 m² | 107 |
5-ci Yerli şirkətlərin tanıtım sərgisi 2024
24–26 iyun tarixlərində Bakı Ekspo Mərkəzində KOBİA və Marsol Group-un təşkilatçılığı, Kapital Bankın tərəfdaşlığı ilə yerli şirkətlərin tanıtım sərgisi keçirilib.Qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini minlərlə ziyarətçiyə təqdim edib.Sərginin məqsədi Azərbaycan şirkətlərinin tanıdılması, bazarlara çıxışın genişləndirilməsi və biznes tərəfdaşlıqlarının inkişafına dəstək vermək olub.




| Məkan | Ümumi Sahə | Qurulan Stendlərin sayı |
|---|---|---|
| Bakı Ekspo Mərkəzi | 4000 m² | 165 |
6-cı Yerli şirkətlərin tanıtım sərgisi 2025
18–21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sərgi yerli bizneslər üçün yeni imkanlar yaratmaqla yanaşı, geniş ziyarətçi marağı ilə yadda qalıb.KOBİA və “Marsol Group”un təşkilatçılığı, Kapital Bankın tərəfdaşlığı ilə keçirilən tədbirdə inşaat, qida, İKT, təhsil, logistika, tekstil və digər sahələr üzrə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət iştirak edib.4 gün ərzində sərgini 30.000-dən çox ziyarətçi, o cümlədən dövlət rəsmiləri, xarici qonaqlar və beynəlxalq biznes palatalarının nümayəndələri izləyib. Tədbir yüksək iştirak fəallığı və maraqla müşayiət olunub.




| Məkan | Ümumi Sahə | Qurulan Stendlərin Sayı |
|---|---|---|
| Bakı Ekspo Mərkəzi | 9000 m² | 250 |
Əfqanıstan Məhsul Sərgisi 2020
Oktyabrın 11-14-də Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Əfqanıstan məhsullarının sərgisi təşkil olunmuşdur



| Məkan | Ümumi Sahə | Qurulan Stendlərin sayı |
|---|---|---|
| 600m² | 40 |
Yapon Qida Sərgisi 2018
2018-ci il oktyabrın 25–26-da Bakıda keçirilmiş Japan Food Expo‑2018 sərgisi Yaponiyanın məhsullarının təqdimatı baxımından mühüm bir hadisə olmuşdur. “Connect Azerbaijan” və Yaponiya‑Azərbaycan birgə müəssisəsinin təşkilatçılığı ilə baş tutan sərgidə Yaponiyadan gəlmiş müxtəlif şirkətlər qida, kosmetika, sağlamlıq və digər sahələr üzrə məhsullarını nümayiş etdirmişdir.




Stand Pro olaraq sərginin keçirildiyi məkanda bütün stendlər peşəkar şəkildə qurulmuş və hər tərəfli texniki dəstək təmin edilmişdir.
| Məkan | Ümumi Sahə | Qurulan Stendlərin Sayı |
|---|---|---|
| PASSAGE 1901 | 1100 m² | 60 |
10-cu Beynəlxalq Kitab Sərgisi 2024
2–8 oktyabr 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində keçirilən 10‑cu Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmişdir
Tədbir Məhəmməd Füzulinin 530‑cu yubileyinə həsr olunmuş, 18 ölkədən 56 xarici təşkilat və 110 yerli nəşriyyat‑poliqrafiya müəssisəsinin iştirakı ilə reallaşmışdır














| Məkan | Ümumi Sahə | Qurulan Stendlərin Sayı |
|---|---|---|
| Bakı Ekspo Mərkəzi | 4000 m² | 170 |

