Stand Group – sərgilər və tədbir sahəsində ixtisaslaşmış, müasir təqdimat və təşkilat həlləri təqdim edən şirkətlər qrupudur. Fəaliyyətimizin mərkəzində keyfiyyət, etibar və yaradıcılıq dayanır.
Qrupumuzun əsasını təşkil edən iki əsas brend bu sahədə özünü artıq təsdiqləyib:
🔹 StandPro
Azərbaycanın ən böyük sərgilərində onlarla brendin təqdimat stendini dizayn etmiş və qurmuş stend istehsalı və dizayn şirkətidir. İllərdir davam edən təcrübəmizlə yüzlərlə sərgi iştirakçısının görünən tərəfini biz qurmuşuq.
🔹 EventPro
Tədbirlərin planlanması, təşkili və həyata keçirilməsi sahəsində peşəkar xidmət göstərir. Promo aksiyalardan tutmuş korporativ tədbirlərə qədər, kreativ və sistemli yanaşmamızla markaların yadda qalan tədbirlər keçirməsinə şərait yaradırıq.
Stand Group olaraq məqsədimiz:
Hər bir müştərimizin brend dəyərlərini əks etdirən unikal və funksional təqdimat mühiti yaratmaq, istər stend, istər tədbir, istərsə də ümumi imic baxımından görünən tərəfi peşəkarca formalaşdırmaqdır.
Biz bir yerə stend qurmuruq – markanı sərgiləyirik.
Biz tədbir təşkil etmirik – təəssürat inşa edirik.
