Standpro olaraq beynəlxalq arenada uğurlu layihələrimizə daha birini əlavə etməyin qürurunu yaşayırıq. Gürcüstanda 12-13 mart tarixlərində keçirilən nüfuzlu “Logistics Expo” sərgisində, qlobal logistika sektorunun öncül şirkətlərindən biri olan “ABC Lojistik” üçün xüsusi dizaynlı sərgi stendinin quraşdırılmasını uğurla başa çatdırdıq.






Bu layihədə əsas məqsədimiz, müştərimizin korporativ imicini ən yüksək səviyyədə əks etdirmək və sərgi iştirakçılarının diqqətini dərhal cəlb edəcək funksional bir məkan yaratmaq idi. Bu məqsədlə tam 90 m²sahəni əhatə edən, hər dörd tərəfi açıq (ada tipli) unikal bir stend dizayn edib quraşdırdıq.
Stendin hər tərəfdən açıq olması ziyarətçilərin rahat axınını təmin etməklə yanaşı, “ABC Lojistik”in sərgi məkanında əlçatanlığını maksimum dərəcəyə çatdırdı. Şirkətin dinamik ruhunu və marka kimliyini vurğulamaq üçün qırmızı xalça örtüyü və ağ rəngli xüsusi qeydiyyat masalarından (reception desk) istifadə edildi.
Layihənin ən çox diqqət çəkən elementi isə stendin mərkəzində quraşdırılmış nəhəng LED ekran konstruksiyası oldu. Bu vizual həll şirkətin xidmətlərini və təqdimatlarını sərgi zalının istənilən nöqtəsindən görünən etdi. Eyni zamanda, stend daxilində səmərəli B2B görüşlərin keçirilməsi üçün rahat, geniş və işıqlı “networking” zonaları yaradıldı.
Standpro komandası olaraq, həm ölkə daxilində, həm də xaricdəki sərgi layihələrində keyfiyyət və etibarlılıq standartlarımızı qorumağa davam edirik. İstər yerli, istərsə də beynəlxalq miqyaslı tədbirlərdə şirkətinizi ən layiqli şəkildə təmsil edəcək stendlərin layihələndirilməsini və icrasını bizə rəhatlıqla etibar edə bilərsiniz.
